Məxfilik Siyasəti

MƏXFİLİK BİLDİRİŞİ

Son yenilənmə 23 May,2020

EvəGəlsin.az Bazaryeri sisteminə (“Şirkət”, “biz” və ya “bizim”) qoşulduğunuz üçün təşəkkür edirik. Şəxsi məlumatlarınızı və məxfilik hüququnuzu qorumaq öhdəliyini üzərimizə götürürük. Şəxsi məlumatlarınızla əlaqədar bildirişimiz və ya fəaliyyətimizlə bağlı hər hansı bir sualınız, narahatçılığınız varsa, [email protected] ünvanına müraciət etməyiniz xahiş olunur.

https://evegelsin.az/ veb saytımıza və mobil tətbiqetməyə daxil olduqda və xidmətlərimizdən istifadə etdikdə şəxsi məlumatlarınızla bizə etibar edirsiniz. Biz sizin məxfiliyinizə çox ciddi yanaşırıq. Biz bu məxfilik bildirişində hansı məlumatları topladığımızı, onu necə istifadə etdiyimizi və bununla əlaqədar hansı hüquqlarınızın olduğunu ən aydın şəkildə izah etməyə çalışırıq. Ümid edirik ki, vacib olduğundan bu bildirişi diqqətlə oxumağa bir az vaxt ayıracaqsınız. Bu məxfilik bildirişində sizin razılaşmadığınız şərtlər varsa, lütfən saytımızdan, tətbiqimizdən və xidmətlərimizdən istifadəni dayandırın.

Bu məxfilik bildirişi veb saytımızda (https://evegelsin.az/), mobil tətbiqetmədə (“Tətbiqetmə”) və  hər hansı bir əlaqəli xidmət, satış, marketinq və ya tədbirlərdən (bu məxfilik bildirişində biz onlara ümumilikdə “xidmətlər” kimi istinad edirik) toplanan bütün məlumatlara şamil olunur.

Zəhmət olmasa bu məxfilik bildirişini diqqətlə oxuyun, çünki bu şəxsi məlumatlarınızı bizimlə bölüşmək barədə düşünülmüş qərar qəbul etməyə kömək edəcəkdir.

MÜNDƏRİCAT

  1. BİZ HANSI MƏLUMATLARI TOPLAYIRIQ?
  2. BİZ SİZİN MƏLUMATLARINIZI NECƏ İSTİFADƏ EDİRİK?
  3. SİZİN MƏLUMATLARINIZ KİMƏSƏ ÖTÜRÜLƏCƏKMİ?
  4. BİZ “COOKİES” VƏ YA DİGƏR İZLƏYİCİ TEXNOLOGİYALARDAN İSTİFADƏ EDİRİKMİ?
  5. BİZ “GOOGLE MAPS”DAN İSTİFADƏ EDİRİKMİ?
  6. SİZİN SOSİAL LOQİNLƏRİ  NECƏ EMAL EDİRİK?
  7. BİZ SİZİN MƏLUMATLARI HANSI MÜDDƏTDƏ SAXLAYIRIQ?
  8. BİZ SİZİN MƏLUMATLARINIZIN TƏHLÜKƏSİZLİYİNİ NECƏ TƏMİN EDİRİK?
  9. BİZ YETKİNLİK YAŞINA ÇATMAYAN ŞƏXSLƏRDƏN MƏLUMATLARI NECƏ TOPLAYIRIQ?
  10. SİZİN MƏXFİLİK HÜQUQLARINIZ NƏ DEMƏKDİR?
  11. İZLƏNMƏMƏ (DO-NOT-TRACK) TƏTBİQETMƏLƏRİ ÜÇÜN NƏZARƏT
  12. AZƏRBAYCAN REZİDENTLƏRİNİN XÜSUSİ MƏXFİLİK HÜQUQLARIN VARMI?
  13. BİZ BU SİYASƏTİ YENİLƏYİRİKMİ?
  14. BU SİYASƏTLƏ BAĞLI  BİZİMLƏ NECƏ ƏLAQƏ SAXLAYA BİLƏRSİNİZ?
  15. BİZ HANSI MƏLUMATLARI TOPLAYIRIQ?

Məlumatlar avtomatik toplanılır.

Qısaca: Bəzi məlumatlar – məsələn IP ünvanı yaxud brauzer və cihaz xüsusiyyətləri – siz xidmətlərimizə və ya tətbiqlərimizə daxil olduqda avtomatik olaraq toplanır.

Xidmətlərimizdən və ya tətbiqlərimizdən istifadə etdikdə  avtomatik olaraq müəyyən məlumatları yığırıq. Bu məlumat sizin şəxsiyyətinizi (adınız və ya əlaqə məlumatınız kimi) aşkar etmir, lakin IP ünvanı, brauzeriniz və cihaz xüsusiyyətləriniz, əməliyyat sistemi, dil üstünlükləri, URL-lər, cihazın adı, ölkəsi, məkan kimi cihaz və istifadə məlumatlarını ehtiva edə bilər.

Xidmətlərimizi və ya tətbiqlərimizi, digər texniki məlumatları necə və nə vaxt istifadə etdiyiniz barədə məlumat:  Bu məlumat ilk növbədə xidmətlərimiz və ya tətbiqlərimizin təhlükəsizliyini və işini qorumaq, daxili analitik və hesabat məqsədlərimiz üçün tələb olunur.

Bir çox kommersiya saytları kimi “cookies” və oxşar texnologiyalar vasitəsilə məlumat toplayırıq.

Tətbiqlərimiz vasitəsilə toplanan məlumatlar

Qısaca: Tətbiqetmələrimizi istifadə etdiyiniz zaman biz sizin coğrafi məkanınız, mobil cihazınız, “push” bildirişlər barədə məlumat toplaya bilərik.

Tədbiqetmələrimizdən istifadə etsəniz, aşağıdakı məlumatları da toplaya bilərik:

Coğrafi-məkan məlumatları. Biz məkanınızla bağlı  xidmətləri göstərmək üçün davamlı və ya mobil tətbiqetməni istifadə edərkən cihazınızdan məkanınıza aid məlumatları izləmək üçün icazə tələb edə bilərik. Bu məlumatların istifadəsi ilə bağlı icazəni dəyişdirmək istəyirsinizsə, bunu cihazınızın parametrlərindən edə bilərsiniz.

Mobil cihazınızın məlumatları. Mobil cihazınızdan müəyyən məlumatlar, o cümlədən mobil cihazınızın təqvimi, sensorlar, xatırlatmalar və digər xüsusiyyətlər barədə icazə tələb edə bilərik. Bu məlumatların istifadəsi ilə bağlı icazəni dəyişdirmək istəyirsinizsə, bunu cihazınızın parametrlərindən edə bilərsiniz.

“Push” bildirişlər. Biz hesabınıza və ya mobil tətbiqetməyə dair bildiriş göndərməyinizi tələb edə bilərik. Bu tip bildiriş növlərini almaqdan imtina etmək istəyirsinizsə, onları cihazınızın parametrlərindən söndürə bilərsiniz.

  • BİZ SİZİN MƏLUMATLARINIZI NECƏ İSTİFADƏ EDİRİK?

Qısaca: Biz sizin məlumatınızı qanuni biznes maraqlarına, əsasən, sizinlə bağladığımız müqavilənin yerinə yetirilməsi, qanuni öhdəliklərimizə və ya razılığınıza əsaslanan məqsədlər üçün emal edirik.

Biz xidmətlərimiz və ya tətbiqetmələrimiz vasitəsilə toplanmış şəxsi məlumatlarınızı aşağıda təsvir olunan müxtəlif biznes məqsədlər üçün istifadə edirik. Sizin məlumatlarınızı qanuni biznes maraqlarına, əsasən, sizinlə bağladığımız müqavilənin imzalanması və ya yerinə yetirilməsi, sizin razılığınızla və ya qanuni öhdəliklərimizə uyğun olan məqsədlər üçün emal edirik. Aşağıda sadalanan hər bir məqsədə dair xüsusi əsaslandırılmaları qeyd edirik.

Biz topladığımız və ya aldığımız məlumatlardan aşağıdakı məqsədlər üçün istifadə edirik:

  • Hesab yaratmaq və giriş prosesini asanlaşdırmaq: Əgər siz hesabınızı üçüncü tərəf hesabı ilə əlaqələndirmək istəsəniz (məsələn, Google və ya Facebook hesabınız), biz müqavilənin icrası üçün hesabın yaradılması və daxil olma prosesini asanlaşdırmaq üçün bu üçüncü tərəflərdən toplamağımıza icazə verdiyiniz məlumatdan istifadə edirik. Əlavə məlumat üçün aşağıdakı “SİZİN SOSİAL LOQİNLƏRİ NECƏ EMAL EDİRİK”  bölməsinə baxın.
  • Sizinlə marketinq və təşviqatla bağlı kommunikasiyanın yaradılması: Biz və ya üçüncü tərəf marketinq tərəfdaşlarımız  marketinq məqsədlərimiz üçün bizə göndərdiyiniz şəxsi məlumatları istifadə edə bilərik, əgər bu sizin marketiq seçimlərinizə uyğundursa. Siz istənilən zaman marketinq mesajlarımızdan imtina edə bilərsiniz (aşağıda “SİZİN MƏXFİLİK HÜQUQLARINIZ NƏ DEMƏKDİR”  bölməsinə baxın).
  • Sifarişlərinizin yerinə yetirilməsi və idarə edilməsi: Biz xidmətlər və ya tətbiqetmələr vasitəsilə edilən sifarişlərinizi, ödənişlərinizi, geri dönüşlərinizi və valyuta mübadilələrinizi yerinə yetirmək və idarə etmək üçün sizin şəxsi məlumatlarınızı istifadə edə bilərik.
  • Biznes məqsədlər, qanuni tələblər və müqavilə üzrə öhdəliklər üçün şərtlərin, tələblərin və siyasətimizin yerinə yetirilməsinin təmin edilməsi;
  • Qanuni tələblərə cavab vermək və zərərin qarşısının alınması: Biz çağırış və ya digər qanuni sorğu aldığımız təqdirdə necə cavab veriləcəyini müəyyən etmək üçün toplanılmış məlumatları yoxlamağımız lazım ola bilər.
  • SİZİM MƏLUMATLARINIZ KİMƏSƏ ÖTÜRÜLƏCƏKMİ?

Qısaca: Biz yalnız sizin razılığınıza əsasən qanunlara riayət etmək, sizə xidmətlər göstərmək, hüquqlarınızı qorumaq və ya iş öhdəliklərini yerinə yetirmək üçün məlumatları bölüşürük.

Aşağıdakı qanuni əsaslarla məlumatları emal edə və ya paylaşa bilərik:

Razılıq: Şəxsi məlumatlarınızı müəyyən bir məqsədlə istifadə etməyimizə xüsusi razılıq vermisinizsə, məlumatlarınızı emal edə bilərik.

Qanuni maraqlar: Qanuni biznes maraqlarımıza çatmaq üçün əsaslı zərurət olduqda məlumatlarınızı emal edə bilərik.

Müqavilənin icarası: Əgər sizinlə müqavilə bağlamışıqsa, müqavilə şərtlərini yerinə yetirmək üçün  şəxsi məlumatlarınızı emal edə bilərik.

Hüquqi öhdəliklər: Biz müvafiq qanunlar, hökumətin tələbləri, hüquqi icraat, məhkəmə əmrləri  və ya çağırışı kimi hüquqi proseslərə riayət etmək üçün qanuni tələb olunduğu halda sizin məlumatlarınızı açıqlaya bilərik (dövlət təhlükəsizliyi və ya hüquq mühafizə tələblərinə cavab vermək üçün dövlət orqanlarına cavab daxil olmaqla).

Vacib maraqlar: Siyasətlərimizin potensial pozuntuları, şübhəli fırıldaqçılıq, hər hansı bir şəxsin təhlükəsizliyi və qeyri-qanuni fəaliyyətlə əlaqəli potensial təhdidlərlə və iştirak etdiyimiz məhkəmə çəkişmələri ilə bağlı vəziyyətləri araşdırmaq, qarşısını almaq və ya tədbir görmək lazım olduqda  məlumatlarınızı aça bilərik .

Daha dəqiq desək, aşağıdakı hallarda məlumatlarınızı emal etmək və ya şəxsi məlumatlarınızı bölüşmək ehtiyacı ola bilər:

Satıcılar, məsləhətçilər və digər üçüncü-tərəf xidmət təminatçıları. Məlumatlarınızı üçüncü tərəf satıcıları, xidmət təminatçıları, podratçılar və ya bizim üçün yaxud bizim adımızdan xidmətlər göstərən və bu işi görmək üçün belə məlumatlar əldə etməyi tələb edən agentlərlə paylaşa bilərik. Nümunə kimi aşağıdakıları göstərmək olar: ödəniş prosesi, məlumatların təhlili, e-poçtun çatdırılması, hostinq xidmətləri, müştəri xidmətləri və marketinq səyləri. Seçilmiş üçüncü tərəflərə xidmətlər və ya tətbiqlərdə izləmə texnologiyasından istifadə etmələrinə icazə verə bilər ki, bu da zamanla xidmətlər və ya tətbiqlərlə necə əlaqə qurduğunuz barədə məlumat toplamağa imkan verir. Bu informasiya, digərləri arasında, məlumatları təhlil etmək və izləmək, müəyyən məzmunun populyarlığını təyin etmək və onlayn fəaliyyəti daha yaxşı başa düşmək üçün istifadə edilə bilər. Bu siyasətdə təsvir edilmədiyi təqdirdə, hər hansısa məlumatınızı üçüncü tərəflərin təqdimat məqsədləri üçün bölüşmür, satmır, kirayə etmir və onların ticarətini etmirik.

Biznes köçürmələr. Məlumatlarınızı hər hansısa bir birləşmə, şirkət aktivlərinin satılması, maliyələşdirilmə və ya biznesimizin hamısı yaxud bir hissəsinin başqa bir şirkətə verilməsi ilə əlaqədar danışıqlar zamanı paylaşa bilərik.

Üçüncü tərəf reklamçıları. Xidmətlər və ya tətbiqlərə daxil olduqda reklam vermək üçün üçüncü tərəf reklam şirkətlərindən istifadə edə bilərik. Bu şirkətlər, veb saytlarımıza və veb “cookies”-də və digər izləmə texnologiyalarında olan digər veb saytlara etdiyiniz ziyarətlər barədə məlumatları, sizi maraqlandıran mallar və xidmətlər haqqında reklam təqdim etmək üçün istifadə edə bilər.

  • BİZ “COOKİES” VƏ YA DİGƏR İZLƏMƏ TEXNOLOGİYALARINDAN İSTİFADƏ EDİRİKMİ?

Qısaca: Məlumatlarınızı toplamaq və saxlamaq üçün “Cookies” və digər izləmə texnologiyalarından istifadə edə bilərik.

Məlumat əldə etmək və ya saxlamaq üçün “Cookies”  və oxşar izləmə texnologiyalarından (veb mayak və piksel kimi) istifadə edə bilərik. Bu cür texnologiyalardan necə istifadə etdiyimiz və müəyyən “Cookies” –dən  necə imtina edə biləcəyiniz barədə xüsusi məlumat Cookies siyasətimizdə əks olunmuşdur.

  • BİZ “GOOGLE MAPS”DAN İSTİFADƏ EDİRİKMİ?

Qısaca: Bəli, daha yaxşı xidmət göstərmək üçün “Google Maps”-dən istifadə edirik.

Bu veb səhifə, mobil tətbiq və ya Facebook tətbiqi Google Maps API-dən istifadə edir. Google Maps API Xidmət Şərtləri ilə burada tanış ola bilərsiniz. Google’un Məxfilik Siyasətini daha yaxşı başa düşmək üçün bu linkə keçid edin…

Xəritələrimizdəki API tətbiqetməsini istifadə edərək, Google-ın xidmət şərtlərini qəbul etdiyinizə razılıq verirsiniz. Siz yerinizi əldə etmək və “cache” etməyimizə icazə verməyə razılaşırsınız. . İstədiyiniz zaman razılığınızı ləğv edə bilərsiniz. Yer haqqında informasiyanı digər məlumat təminatçılarının məlumatları ilə birlikdə istifadə edirik.

  • SİZİN SOSİAL LOQİNLƏRİ  NECƏ EMAL EDİRİK?

Qısaca: Sosial media hesabından istifadə edərək xidmətlərimizə qeydiyyatdan keçməyi və daxil olmağı seçsəniz, sizin haqqınızda müəyyən məlumatlar əldə edə bilərik.

Xidmətlərimiz və ya tətbiqlərimiz üçüncü tərəf sosial media hesab məlumatlarınızdan (Facebook və ya Twitter girişləriniz kimi) istifadə edərək qeydiyyatdan keçmək və daxil olmaq imkanı təklif edir. Bunu etməyi seçdiyiniz təqdirdə sosial media provayderinizdən sizin haqqınızda müəyyən bir profil məlumatı əldə edəcəyik.

Alacağımız profil məlumatları, sosial media provayderindən asılı olaraq dəyişə bilər, lakin ən çox bura daxildir adınız, e-poçt ünvanınız, dost siyahınız, profil şəkliniz və ictimaiyyət üçün açıq görünməsini seçdiyiniz açıq digər məlumatlar.

Aldığımız məlumatları yalnız bu gizlilik bildirişində təsvir edilən və ya xidmətlər və tətbiqlərdə sizə başqa şəkildə aydın olan məqsədlər üçün istifadə edəcəyik. Xahiş edirik nəzərə alın ki, biz, şəxsi məlumatlarınızın üçüncü tərəf sosial media təminatçınız tərəfindən istifadəsinə nəzarət etmir və buna görə məsuliyyət daşımırıq. Tövsiyyə edirik ki, şəxsi məlumatlarınızı necə topladıqlarını, istifadə etdiklərini və paylaşdıqlarını, eləcə də sayt və tətbiqlərdə gizlilik seçimlərinizi necə qura biləcəyinizi anlamaq üçün onların məxfilik siyasətini nəzərdən keçirəsiniz.

  • BİZ SİZİN MƏLUMATLARI HANSI MÜDDƏTDƏ SAXLAYIRIQ?

 Qısaca: Qanunla başqa hal tələb olunmadıqda, məlumatınızı bu məxfilik bildirişində göstərilən məqsədləri yerinə yetirmək üçün zəruri olan müddət ərzində saxlayırıq.

Qanunla daha uzun bir saxlama müddəti tələb olunmayana və ya icazə verilməyənə qədər (vergi, mühasibat və ya digər qanuni tələblər)  şəxsi məlumatlarınızı yalnız bu gizlilik bildirişində göstərilən məqsədlər üçün zəruri olan müddətə qədər saxlayacayıq.  Bu siyasətdə heç bir məqsəd istifadəçi hesabı bağlandıqdan sonra şəxsi məlumatlarınızı 90 gündən çox müddətə saxlamağımızı tələb etməyəcəkdir.

Şəxsi məlumatlarınızı emal etmək üçün davamlı qanuni bir iş ehtiyacımız olmadıqda, ya onu siləcək ya anonimləşdirəcək, ya da bu mümkün olmadıqda (məsələn, şəxsi məlumatlarınızın ehtiyat arxivlərdə saxlanıldığı üçün), o zaman şəxsi məlumatlarınızı etibarlı şəkildə saxlayacağıq və silinmə mümkün olana qədər hər hansı bir emaldan təcrid edəcəyik.

  • BİZ SİZİN MƏLUMATLARINIZIN TƏHLÜKƏSİZLİYİNİ NECƏ TƏMİN EDİRİK?

Qısaca:  Şəxsi məlumatlarınızı təşkilati və texniki təhlükəsizlik tədbirləri sistemi ilə qorumaq məqsədi daşıyırıq.

Siz sifariş edərkən və məxfi məlumatlarınızı (kredit və ya debit kartındakı məlumatlar) təqdim edərkən onların təhlükəsizliyi və məxfiliyi Eveelsin.az tərəfindən təmin olunur. Nəzərinizə çatdırmaq istərdik ki, bütün şəxsi məlumatlar Secure Socket Layer (SSL) texnologiyası vasitəsilə ötürülür. Sizin kredit/debit kart nömrələriniz və şəxsi məlumatlarınız saxlanılmayacaq, satılmayacaq və ya hər hansı üçüncü tərəflə paylaşılmayacaq.

Qeyd edək ki sizin kart və hesab məlumatlarınız tərəfimizdən saxlanılmır.

İşlədiyimiz hər hansısa şəxsi məlumatın təhlükəsizliyini qorumaq üçün hazırlanmış  müvafiq texniki və təşkilati təhlükəsizlik tədbirlərini həyata keçirmişik. Amma bununla yanaşı, zəhmət olmasa, unutmayın ki, internetin özünün 100% etibarlı olduğuna da zəmanət verə bilmirik. Baxmayaraq ki, şəxsi məlumatlarınızı qorumaq üçün əlimizdən gələni edəcəyik, lakin xidmətlər və ya proqramlarımıza və onlardan şəxsi məlumatların ötürülməsi risk altındadır. Yalnız etibarlı bir mühit çərçivəsində olan xidmətlərə daxil olmalısınız.

  • BİZ YETKİNLİK YAŞINA ÇATMAYAN ŞƏXSLƏRDƏN MƏLUMATLARI NECƏ TOPLAYIRIQ?

Qısaca:  Biz şüurlu şəkildə 18 yaşına çatmamış uşaqlardan məlumat  toplamırıq və ya onlara məlumat satmırıq.

18 yaşına çatmamış uşaqlardan şüurlu şəkildə məlumat tələb etmirik. Xidmətlər və tətbiqlərdən istifadə edərək, ən azı 18 yaşınızın olduğunu və ya belə bir azyaşlının valideyin və ya qəyyumu olduğunuzu və onun xidmətlər və ya tətbiqlərdən istifadəsinə razılığınızı ifadə edirsiniz. 18 yaşdan kiçik istifadəçilərdən şəxsi məlumatların toplandığını öyrənsək, hesabı ləğv edəcəyik və bu məlumatları qeydlərimizdən dərhal silmək üçün lazımi tədbirlər görəcəyik. 18 yaşdan kiçik uşaqlardan topladığımız hər hansı bir məlumatdan xəbərdar olsanız, [email protected] ünvanına müraciət edin.

  1. SİZİN MƏXFİLİK HÜQUQLARINIZ NƏ DEMƏKDİR?

Qısaca:  İstədiyiniz zaman hesabınızı nəzərdən keçirə, dəyişdirə və ya ləğv edə bilərsiniz.

Hesab məlumatları

İstənilən zaman hesabınızdakı məlumatları nəzərdən keçirmək və ya dəyişdirmək, və yaxud da hesabınızı ləğv etmək istəsəniz, aşağıdakı formada edə bilərsiniz:

■  Hesab parametrlərinizə daxil olun və istifadəçi hesabınızı yeniləyin.

Hesabınızın ləğv edilməsi ilə bağlı müraciətinizə, əsasən, biz sizin hesabınızı deaktivasiya edəcəyik və məlumatlarınızı aktiv məlumat bazamızdan siləcəyik.  Bununla yanaşı saxtakarlığın qarşısının alınması, problemlərin aradan qaldırması, hər hansı bir araşdırmaya köməyin edilməsi, istifadə şərtlərimizin yerinə yetirilməsi və qanuni tələblərə riayət edilməsi məqsədilə bəzi məlumatlarınız bizim fayllarımızda saxlanıla bilər.

E-poçt marketinqindən imtina: Göndərdiyimiz e-poçtlardakı abunəlik bağlantısını tıklayaraq və ya aşağıda göstərilən məlumatları istifadə edərək və ya bizimlə əlaqə yaradaraq istənilən vaxt marketinq e-poçt siyahısından imtina edə bilərsiniz. Bundan sonra marketinq e-poçt siyahısından silinəcəksiniz – bununla yanaşı hesabınızın idarə edilməsi və istifadəsi üçün zəruri olan xidmətlə müvafiq elektron poçt ünvanları sizə göndərməliyik. Əks halda imtina etmək üçün:

    ■  Saytdakı hesabınızı qeydiyyatdan keçirərkən öz seçimlərinizi müəyyən edin.

  1. İZLƏNMƏMƏ (DO-NOT-TRACK) TƏTBİQETMƏLƏRİ ÜÇÜN NƏZARƏT

Əksər veb brauzerlərdə və bəzi mobil əməliyyat sistemlərində və mobil tətbiqetmələrdə “izləməni etmə” (Do-Not-Track – DNT) xüsusiyyəti və ya parametri mövcuddur. Siz fəaliyyətləriniz barədə məlumatların yoxlanılması və toplanmaması üçün məxfilik seçiminizə siqnal vermək üçün bu xüsusiyyəti aktivləşdirə bilərsiniz. DNT siqnallarını tanımaq və tətbiq etmək üçün vahid texnologiya standartı dəqiqləşdirilməyib. Buna görə, hazırda biz DNT brauzer siqnallarına və ya onlayn olaraq izlənilməməyinizi avtomatik olaraq bildirən başqa bir mexanizmə reaksiya vermirik. Gələcəkdə riayət etməli olduğumuz onlayn izləmə üçün bir standart qəbul edilərsə, bu məxfilik bildirişinin yenidən işlənmiş versiyasında bu təcrübə barədə sizə məlumat verəcəyik.

  1. AZƏRBAYCAN REZİDENTLƏRİNİN XÜSUSİ MƏXFİLİK HÜQUQLARI  VARMI?
  2. BİZ BU SİYASƏTİ YENİLƏYİRİKMİ?

Qısaca: Bəli, müvafiq qanunlara uyğunluq təşkil etmək üçün biz lazımi olduğu halda bu siyasəti yeniləyəcəyik.

Bu məxfilik bildirişini mütəmadi olaraq yeniləyə bilərik. Yenilənmiş versiya yenilənmiş “Yenidən işlənmiş” kimi göstəriləcək və əlçatan olan kimi qüvvəyə minəcəkdir. Bu məxfilik bildirişində əhəmiyyətli dərəcədə dəyişikliklər etsək, belə dəyişikliklər barədə bildiriş yerləşdirməklə və ya birbaşa bildiriş göndərməklə sizə məlumat verə bilərik. Məlumatlarınızı necə qorumağımızdan xəbərdar olmaq üçün bu məxfilik bildirişini tez-tez nəzərdən keçirməyinizi tövsiyə edirik.

  1. BU SİYASƏTLƏ BAĞLI  BİZİMLƏ NECƏ ƏLAQƏ SAXLAYA BİLƏRSİNİZ?

Bu siyasətlə bağlı suallarınınz və ya şərhləriniz olduğu halda bu ünvanda bizimlə əlaqə saxlaya bilərsiniz: [email protected]

EvəGəlsin.az Bazaryeri sistemi

Yeni Yasamal 14B , Bakı, Azərbaycan

SİZDƏN TOPLADIĞIMIZ MƏLUMATLARI NECƏ NƏZƏRDƏN KEÇİRƏ, YENİLƏYƏ VƏ YA YOXLAYA  BİLƏRSİNİZ?

Bəzi ölkələrin qanunlarına əsasən, sizdən topladığımız şəxsi məlumatlara daxil olmağı tələb etmək, bu məlumatı dəyişdirmək və ya bəzi hallarda silmək hüququnuz ola bilər. Şəxsi məlumatlarınızı nəzərdən keçirmək, yeniləmək və ya silmək üçün zəhmət olmasa qeyd edilən ünvana müraciət edin: https://evegelsin.az/hesabim/. Sorğunuza 5 iş günü ərzində cavab verəcəyik.

    0
    Səbətiniz
    Sizin səbətiniz boşdurMağazaya qayıt